Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN-dən -aşıq Namiq Fərhadoğlu ilə bağlı açıqlama

DİN: Aşıq Namiq qadına qeyri-etik təkliflər edib
Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.

Yenixeber.org: Bu barədə mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:

"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam