Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

"9 günlük tətil ölkəyə yarım milyard ziyan vurur"

Samir

Azərbaycanda Novruz tətili 9 gün davam edəcək.

"Xeberinfo.com":   İqtisadçi Samir Əliyevin dediyinə görə, hər bayram günü Azərbaycana 57 milyon manat ziyan vurur. Bu da üst-üstə yarım milyarddan da çox edir.

«Təxmini hesablayanda Azərbaycanda bir günə ÜDM-in formalaşması 57 milyon manat təşkil edir. Bizdə qeyri-iş günlərinin sayı lazım olandan da çoxdur. Bunun azaldılmasına ehtiyac var. Almaniyada qeyri-iş günlərinin sayı ildə 5 gündür, İtaliyada 12, ABŞ-da, Rusiyada 11 gündür. Azərbaycanda isə təkcə Novruzda qeyri-iş günlərinin sayı 9 gündür. Yenə deyirəm, bu, azaldılmalıdır. Azərbaycanda şənbə-bazarı hesablayanda, qeyri-iş günlərinin sayı ildə 100 gündən çoxdur. Bayram günlərinin sayı isə 20 gündən çoxdur».

Samir Əliyev deyir ki, bu, ölkə iqtisadiyyatının neftdən asılı olmasının fəsadıdır:«Ölkəyə neft gəliri gəlməsəydi, Azərbaycan rəhbərliyi bayram günlərində ölkə iqtisadiyyatına nə qədər ziyan vurduğunun fərqində olardı».

İqtisadçinin qənaətincə, neftin ucuzlaşdığı dövrdə bu məsələyə yenidən baxılmalıdır.(Azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam