Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı sakinlərinə rayon qeydiyyatlı şəxsiyyət vəsiqəsi verərək ...-DİN

Karantin qaydalarını pozaraq postu keçmək istəyənlər saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb. Yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan 7 nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.

Qeyd edilən 7 nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam