Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nizami rayonunda soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb

 

 Polis əməkdaşlarının çevikliyi sayəsində paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər “isti izlər”lə saxlanılıb

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla onların Biləsuvar rayon sakini Eyvaz Babayev və Qəbələ rayon sakini Gəncim Allahverdiyev olduqları müəyyən edilib.
Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam