Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Türk F-16-ları İrəvana zərbə endirməyi məşq edir”-Ermənilər həyacan içində

 

                     

   Nazirlik əhaliyə müraciət etdi

Yenixeber.org: İyulun 29-dan start götürən və avqustun 10-dək davam edəcək Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistan əhalisinin yuxusunu qaçırıb. Ermənistan mediasında və sosial şəbəkələrdə Türkiyəyə məxsus F-16 qırıcılarının “İrəvana zərbə endirmək”lə bağlı təlim keçdikləri barədə sensasion xəbərlər şimşək effekti verib. Erməni mediası bildirir ki, əhalinin təşvişi Ermənistan Müdafiə Nazirliyinin rəsmi təkzib verməyə vadar edib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Ş.Stepanyan bu barədə məlumatların “şişirdildiyini” deyərək, əhalini sakitləşdirməyə çalışıb.

Bir daha açıq-aşkar görünür ki, işğalçı ölkə Tovuz təxribatına əl atdıqdan sonra Türkiyə və Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərləri ərazisində keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimlərdən açıq-aşkar qorxuya düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam