Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azay Quliyevin 7 min manatlıq “Lələtəpə əməliyyatı”-RÜSVAYÇILIQ

 

 Yenixeber.org: Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından müxtəlif təşkilatlara 1 milyon 200 min manat qrant verilib. Sadə bir misal, “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi (sədr Rövşən Həmid oğlu Ağamalıyev, müavini də qardaşı Musa Ağamalıyev) “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi üçün həmin Şuradan 7 min manat qrant alıb.

Bunu siyasi mühacir Həbib Müntəzir yazıb. Onun sözlərinə görə, film çəkilib, 2018-ci il oktyabrın 8-də təqdimat olub, dövlət saytları bu barədə yazıb.

“50 dəqiqəlik qısametrajlı film 21 oktyabr 2018-ci ildə “Youtube”-da yerləşdirilib. Film ancaq şəhid ailəsinin, yaxınlarının şəhid barədə danışığından ibarətdir, vəssalam. Kamera qoyulub, çəkilib, montaj olunub, 7 min silinib. Keçən 21 ay ərzində bu filmə cəmi 10 nəfər baxıb.

Lələtəpə mövzusundan pul yeyən adamları dindirsən, məni vətən xaini çıxaracaqlar, qrantyeyən deyəcəklər, amma dövlət büdcəsindən şəhid, vətən mövzusundan balalarına pul aparmaqla fəxr edirlər, vicdanları ağrımır. Hər ay da müxtəlif layihələrlə pullar alırlar, yuxarıdakı kimi silirlər gedir, olurlar bomba vətəndaş, əsl vətənpərvər. Çünki onlar Lələtəpə haqqında kino çəkiblər axı, qaragüruh da deyir – “Vətən, xalq üçün gör nələr edib, bəs sən nə etmisən?”

Mən onlara bax bu həqiqətləri göstərirəm, onlar da gəlib deyir yazma, ermənilər gülür. Ölkəni, onun dəyərlərini, onun büdcəsini, onun şəhid mövzularını gülməli günə salan yararsız qurumlardır, mən yox”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam