Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həcc ziyarəti dayandırıldı -RƏSMİ

 

 Yenixeber.org: “Hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun”, Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) məktubunda deyilir. 

Sənəddə bu addım bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməklə əsaslandırılır. 

“Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib”, deyə sənəddə vurğulanır.

Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları idarəsi isə  Səudiyyə Ərəbistanı  Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir etdiyini bildirir. 

Xatırladaq ki, Həcc ziyarəti bu il iyulun 20-dən avqustun 15-inə kimi davam edəcəkdi. Hər il bu məqsədilə Məkkə və Mədinə şəhərlərinə islam ölkələrindən milyonlarla zəvvar ziyarətə gəlirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam