Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

MİLLİ MƏCLİSİN İCLASLARI İYULUN 5-DƏK TƏXİRƏ SALINDI – Deputatlarda koronavirus aşkarlandığına görə...

 

 Azərbaycan Milli Məclisinin iyunun 23-ə təyin olunan iclası təxirə salınıb. Eləcə də, parlamentin komitələrində planlaşdırılan toplantılar da keçirilməyəcək.

Yenixeber.org: Bu barədə redaksiyamıza mötəbər mənbələrdən məlumat verilib.

Məlumata görə, ümumiyyətlə, sərt karantin rejimi dövründə, yəni iyulun 5-dək parlamentdə Milli Məclisin iclaslarının və digər başqa tədbirlərin keçirilməməsinə qərar verilib.

Buna da səbəb indiyədək Milli Məclisin iki deputatının koronavirusa yoluxduğunun aşkarlanmasıdır.

Onlardan birinin adı hələlik açıqlanmayıb. Koronavirusa yoluxan digər deputat - Sahib Alıyev isə özü də bu məlumatı təsdiqləyib.

O, bununla bağlı “Facebook”-da yazdığı statusda vəzifəli şəxsləri virusun geniş yayılmasının qarşısını almağa çağırıb: "Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün, nəhayət, gərəkənləri edəcəklər".

 

 

Qeyd edək ki, Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanması ciddi narahatçılığa səbəb olub. Buna görə də, bu gün bütün deputatlar, həmçinin Milli Məclis Aparatının əməkdaşları koronavirus testindən keçirilib.

Onlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb. Test nümunələrinin nəticələri sabah açıqlanacaq.

Xatırladaq ki, Sahib Alıyevin koronavirusa yoluxduğu və Milli Məclisin deputatlarının koronavirus testindən keçiriləcəyinə dair ilk məlumatları da biz vermişik.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam