Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə-ABŞ münasibətləri yeni mərhələdə-Liderlər razılaşıblar

 

 Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun 8-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla baş tutmuş telefon danışığının yekunlarına əsasən bəyan edib ki, iki ölkənin liderləri «bəzi məsələlər» barədə razılığa gəliblər. Telefon söhbəti başlıca olaraq, Liviyada vəziyyətə həsr olunub.

Yenixeber.org: Əldə olunmuş razılığın mahiyyətinə aydınlıq gətirmədən, Ərdoğan TRT dövlət telekanalına verdiyi müsahibədə bildirib ki, bu razılaşma Türkiyə və ABŞ arasında münasibətlərdə «yeni dövr»ə yol aça bilər.

«Bizim telefon danışığımızdan sonra Türkiyə və ABŞ arasında yeni dövr başlana bilər. Biz, bəzi məsələlər barədə razılığa gəldik» - Ərdoğan bildirib.

Ağ Evin bəyanatında isə deyilir ki, Tramp və Ərdoğan Liviyadakı silahlı münaqişəni və Suriya məsələsini daha geniş miqyasda müzakrə ediblər.

Xəbər verildiyi kimi, Misir bazar ertəsindən başlayaraq, Liviyada atəşin dayandırılmasına çağırıb. Təşəbbüs Misir prezidenti Abdül Fəttah əs-Sisidən gəlib. Liviyada marşal Xəlifə Həftarı dəstəkləyən digər xarici güclər - Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi də bu təklifi dəstəkləyib. Ancaq Ərdoğan Misirin «sülh planı»nı rədd edib və bu ölkədə Həftar üzərində tam qələbəyə qədər hərbi əməliyyatların davam edəcəyini bildirib.

Türkiyə liderinin sözlərinə görə, yaxın vaxtda onun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olacaq. Söhbətin gedişində Ərdoğan Həftara Rusiya təyyarələrinin və «Pansir» HHM vasitəsi göndərilməsi məsələsini qaldırmaq niyyətindədir.

«Onların (LMO-red.) «Pansir»i var, onlar (Rusiya hakimiyyəti - red.) Liviyaya 19 hərbi təyyarə göndəriblər. Putinlə danışandan sonra, biz, gələcək fəaliyyətimizi planlaşdıracağıq» - Ərdoğan qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam