Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı oliqarxlar Londondan qaçır-Koronavirusdan heç pul da xilas etmid...

 

Britaniyada artıq 10 mindən çox insan koronavirusdan ölüb. İngiltərə hökumətinin baş məsləhətçisi, fövqəladə hallar üzrə elmi məsləhət qrupunun üzvü Ceremi Farrarın fikrincə, Avropadakı vəziyyət qısa müddətdə pisləşə bilər.

Yenixeber.org: Bir çox mənbələr epidemiya nəticəsində əvvəllər Londonda yaşayan rus oliqarxlarının çoxunun tələsik İngiltərəni tərk etdiklərini yazırlar.

 

Pandemiya Dumanlı Albionda çox dərinləşib. Bu günlərdə xəstəxanadan çıxan baş nazir Baris Conson vəziyyətinin ağır olduğunu və həyatını iki tibb bacısının xilas etdiyini etiraf edib. Britaniyada belə bir vəziyyətdə pulun kömək etmədiyi aydındır. Çünki ölkədə artıq bütün ödənişli tibbi xidmətlər ləğv edilib. Bu artıq mübaliğə deyil. İngilis mediası lazımi müalicəni ala bilməyən və evdə ölən insanlar haqqında kədərli hekayələrlə doludur. Bundan narahat olan dəbdəbəli həyata öyrəşmiş oliqarxlar öz vətənlərinə üz tuturlar.

Londonda yalnız Rusiya sərhədini keçən kimi həbs olunacaqlarını bilən oliqarxlar qalıb. Onları hələ ki məhkum olunmaq riski koronavirusdan daha çox qorxudur. Ancaq hazırda İngiltərədən qaçmaq asan deyil - hava limanları bağlıdır. Məlumata görə, rus zənginlərindən biri, öz uşaqlarını ölkədən çıxarmaq üçün az qala xüsusi əməliyyat keçirib. Onları çoxdandır istifadə olunmayan bir hava limanına çatdırıblar və oradan xüsusi təyyarə ilə Rusiyaya qaçmağa nail olublar.(virtualaz)

G.Əliyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam