Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirus ABŞ və Çinin ortaq layihəsidir? - "Daily Mail" yazır

 

 Amerikanın Milli Sağlamlıq İnstitutu Çinin Uhan şəhərində yerləşən və bioloji sınaqların həyata keçirildiyi laboratoriyaya 3.7 milyon dollar ianə edib.

Yenixeber.org: Belə bir iddia ilə İngiltərənin "Daily Mail" nəşri çıxış edib.


Nəşr iddia edir ki, ABŞ tərəfindən edilən ianələrlə Uhan Virusologiya İnstitutu laboratoriya şəraitində yarasalar üzərində təcrübələr aparıb. İddiadakı digər bir maraqlı detal isə virusun gen düzülüşünün Uhandan 1600 kilometr məsafədə yerləşən Yunnan mağaralarında yaşayan yarasalarla oxşarlıq təşkil etməsidir.



Çin hökuməti iddiaları qəbul etməsə də, yeni məlumatlar virusun laboratoriya şəraitində hazırlandığının doğruluq payını artırır. Təsdiqlənməmiş digər bir iddiaya əsasən, İnstitutdakı alimlər viruslu qanı səhvən havaya püskürdüb və daha sonra COVİD-19 yerli əhaliyə yoluxub. Beləliklə, virus geniş yayılaraq pandemiyaya çevrilib.



Təsdiq olunan isə odur ki, COVİD-19 viruslara qarşı güclü immuniteti olan yarasalardan insanlara yoluxub. Belə ki, yarasaların güclü immunitetinə müqavimət göstərən virus sürətli şəkildə özünü çoxalda bilib və mutasiya olunub. Beləliklə, yarasalarda güc toplayan COVİD-19 zəif immunitetli insanları öldürə bilən təhlükəli xəstəliyə çevrilib.



COVİD-19-un ən təhlükəli tərəfi isə SARS-dan fərqli olaraq gizli inkubasiya dövrü keçirməsidir. Çünki SARS virusunda xəstəlik özünü dərhal büruzə verirdi və həkimlər onu erkən təsbit edə bilirdi. Bu səbəbdən SARS pandemiyaya çevrilə bilmədi. COVİD-19 isə ilk vaxtlarda əlamətlərini gizlədə bilir.



Yəni bir çox insan COVİD-19-a yoluxduğunu bilmədən günlərlə başqalarını da virusa yoluxdura bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam