Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş nazirin xanımında koronavirus aşkarlanıb

 

 Kanadanın Baş naziri Justin Trudeau-nun xanımı Sophie Gregoire Trudeau-nun koronovirus testində nəticə müsbət olub.

Yenixeber.org: Baş nazir və xanımı 14 gün müddətində karantin şəraitində qalacaqlar.

Kanada Baş nazirinin əlaqələr üzrə direktoru deyib ki, Sophie Gregoire Trudeau "özünü yaxşı hiss edir və onun xəstəlik əlamətləri yaxşıdır".

Kanada Baş naziri Justin Trudeau-da ehtiyyat tədbiri olaraq karantin şəraitində qalacaq, amma bu mərhələdə o koronavirusa görə test edilməyəcək.

Hələ ki, onda virusun əlamətlərinin olmadığı deyilir.

Koronavirus

Rəsmi açıqlamaya görə, Baş nazir iki həftə müddətində karantin şəraitində olsa da işləyəcək və cümə günü xalqa müraciət edəcək.

Onun yerli hökümət üzvləri və rəsmilərlə Covid-19 koronovirus barəsində görüşləri təxirə salınıb, onlarla telefonla danışacaq.

Rəsmi məlumata görə, "Baş nazir evdən açıqlamalar, telefon danışıqları və online iclaslar edəcək."

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib.

Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.

                                         Koronavirus Azərbaycanda

Azərbaycanda koronovirusa görə ilk ölüm halı qeydə alınıb.

51 yaşlı qadın İrandan Azərbaycana qayıtdıqdan sonra karantin şəraitində saxlanılıb və rəsmilər cümə axşamı gün onun öldüyü barədə məlumat yayıb.

Hazırda Azərbaycanda koronavirusa yoluxması təsdiqlənmiş ondan çox şəxs var. Karantin şəraitində saxlanılanların sayı barədə rəsmi məlumat yoxdur.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.

Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.

Bundan başqa bəzi imtahanlar təxirə salınıb.

Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam