Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda -batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku başlayır

 

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək.

Yenixeber.org: İki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Proqrama əsasən, bu gün saat 10:00-da tamblinq üzrə kişilərin, saat 10:50-də qadınların təsnifat yarışları başlanacaq. Saat 11:40-da isə batutçu kişi və qadınlar fərdi təsnifat yarışı start götürəcək. Saat 18:30-dan etibarən batutçu kişi və qadın sinxron cütlükləri arasında təsnifat mübarizəsi gerçəkləşəcək.  

Fevralın 16-da saat 12:00-da batutçu qadınlar, saat 12:30-da kişilərin fərdi mübarizəsində finallar, saat 13:00-da mükafatlandırma və "AGF Trophy"nin təqdimetmə mərasimi olacaq. Saat 13:15-də tamblinq növündə kişilər, saat 13:45-də qadınların yarışı başlanacaq və 14:15-də mükafatlandırma mərasimi və "AGF Trophy"nin təqdimetmə mərasimi start götürəcək. 

Batutçu kişi və qadın sinxron cütlüklərin final çıxışlarına saat 14:30-dan etibarən başlanılacaq. Dünya Kubokuna saat 15:00-da mükafatlandırma mərasimi ilə yekun vurulacaq. 

Qeyd edək ki, Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam