Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sevinc Fətəliyevaya növbəti etiraz:seçicilər görüşlərdən imtina edir

 

         

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi YAP tərəfindən 3-cü dəfə irəli sürülən Sevinc Fətəliyeva ilə görüşlərdən imtina edilir.

Yenixeber.org: Bu barədə instagram və vatsapda yaradılan "hövsanlilar" və "ziglilar" qruplarında məlumat paylaşılıb.

Məlumatda deyilir ki, rayonun Hövsan, Zığ, Qaraçuxur və digər ərazilərində də deputatı etirazla qarşılayırlar. Belə ki, seçicilər görüşlər zamanı Fətəliyevaya etiraz edib görüşmək istəmədiklərini deyir, nəticədə görüş ya baş tutmur və ya qalmaqalla bitir.

Ona görə də başqa ərazilərdən, əsasən də universitetlərdən gənclərin cəlb edildiyi bildirilir.

Qeyd edək ki, yanvarın 26-da da Sevinc Fətəliyevanın Zığ kəndində seçicilərlə görüşü də etirazla qarşılanıb.

Görüşdə xanım deputatın çıxışından sonra söz alan seçicilərdən biri deputatı fakt qarşısında qoyub və ona namizədliyini geri götürməyi tələb edib. Seçicinin tələbi zalda alqışlarla qarşılanıb.

Bu, tədbirdən yayılan videogörüntüdə də əksini tapıb.

Zığın problemlərindən söz açan seçici onu da bildirib ki, görüşə Zığ camaatı çağırılmır, dövlət idarə və müəssisələrindən adamlar yığılıb gətirilir.

Sevinc Fətəliyevanın seçki qərargahı isə yayılan məlumatlara münasibət bildirməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam