Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Qasım Süleymani satqınlığın qurbanı olub–Tehranda casus işləyib

 

Xarici KİV-lərin verdiyi xəbərə görə, general Qasım Süleymani Tehranın özünün sui-qəsdinin qurbanı olub.

Yenixeber.org: Öz mənbələrinə istinadla bu barədə «Əl-Ərəbiyyə» nəşri xəbər verib.

Generalın hərəkəti barədə yalnız onun yaxın ətrafı məlumatlı olub. Maraqlıdır ki, Amerika vertolyotları 3 saat ərzində beynəlxalq aeroportun səmasında fırlanıblar. Aydındır ki, onlar əvvəlcədən Qasım Süleymani və «Həşd-aş-Şaabi» şiə üsyançı qrupunun başçısı Əbu Mehdi əl-Mühəndisinin bir avtomobildə nə vaxt və harada birikdə gedəcəklərindən xəbərdar olublar.

«Amerikalıların bu əməliyyatı xarici müdaxilə olmadan planlaşdırdıqları ağılabatan deyil. Görünür, Tehranda casus işləyib və məlumatları ABŞ hərbi-hava qüvvələrinə ötürüb» - «Əl-Ərəbiyyə» yazır.

Buna baxmayaraq, mənbə təsdiqəyir ki, istənilən halda Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisi Bağdadda eyni avtomobildə həddindən artıq ehtiyatsız hərəkət ediblər.

Nəşr ehtimal edir ki, böyük ehtimalla, yüksək çinli hərbçilərin yeri barədə informasiyanı İsrail tərəfindən ələ alınmış casus ötürüb. Bəzi məlumatlara görə, ABŞ prezidenti Donald Tramp əvvəlcə Süleymaninin öldürülməsindən xəbərsiz olduğunu bildirib, sonradan isə etiraf edib. Bu mülahizələrdən dolayı, belə məntiqi nəticəni istisna etmək olmaz ki, general Süleymaniyə sui-qəsd əməliyyatını ABŞ hərbçiləri yox, İsrail xüsusi xidmətləri hazırlayıb, baş tutandan sonra ABŞ-ın adına çıxıb və etiraf üçün Trampı «yola gətirib».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam