Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yasamalda aksiya -“Sovetski” sakinləri etiraz edir

 

Bakının “Sovetski” adlandırılan ərazisinin (Yasamal rayonu) sakinləri etiraz aksiyası keçirib...

Yenixeber.org: Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşıblar.

Onlar sökülən evlərinə görə verilən kompensasiyanın məbləğindən narazıdırlar.

Sakinlər qeyd edib ki, mənzilin hər kvadrat metrinə 1 500 manat vəsait verilir, kvadratı kiçik evlərə verilən məbləğ artırılmalıdır: “Biz şəhərin mərkəzində yaşamışıq. Əldə etdiyimiz pula isə Bakının kənar yerlərində belə, mənzil ala bilmirik. Rayon icra hakimiyyətindən bizi qəbul edən yoxdur, dinləmirlər. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirik, xahiş edirik ki, bizə kömək etsinlər”.

Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmin vəzifəyə Elşad Eldar oğlu Həsənov təyin olunub. E.Həsənov bu təyinatadək Milli Məclisin Yasamal rayonundan seçilən deputatı olub.(pravda)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam