Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adil Əliyevin açıqlaması qalmaqal yaratdı:“Dünyanın normal ölkələrində…”

 

Adil Əliyevin açıqlaması qalmaqal yaratdı: “Dünyanın normal ölkələrində…”

Millət vəkili Adil Əliyevin İTV-də müsahibəsi zamanı “millət vəkili imkanlı şəxs olmalıdır” ifadəsi qalmaqala səbəb olub. Belə ki sosial şəbəkə istifadəçiləri bu yanaşmanı tənqid edib, ölkənin böyük əksəriyyətinin imkansız olduğu halda belə bir düşüncənin dilə gətirilməsinin doğru olmadığını vurğulayıblar.

Yenixeber.org: Vaxtilə seçkilər zamanı A. Əliyevin rəqibi olmuş tanınmış hüquqşünas isə Aslan İsmayılov isə bu açıqlamaya sərt reaksiya verib: “Adil Əliyev 2010-cu ildə keçirilən parlament seçkilərində məmin rəqibim olub və saxta yolla deputat seçilib” deyən A. İsmayılov deyib ki, bunu Avropa İnsan Haqları Məhkəməsi də sübut edilib. 

“Ona görə də Adil Əliyevin dediklərinə inanmıram. O da digər millət vəkilləri kimi yalan danışır, biznesinin omadığını deyir və s. Dünyanın normal ölkələrində millət vəkilləri imkanlı şəxslər olmur. Millət vəkilləri xalqın içindən çıxan, onların problemini bilən, duyan və həll etməyə çalışan şəxslər olur. Amma Azərbaycanda bir qədər fərqlidir”, - deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas əlavə edib ki, Azərbaycan parlamentində millət vəkillərinin əhəmiyyətli hissəsi bizneslə məşğul olur: “Bizneslə məşğul olurlar. Sonra da qazandıqları pullar hesabına mandat əldə edib parlamentdə otururlar. Məqsədləri isə bizneslərini qorumaqdır. Ona görə də xalq yada düşmür, ona görə də vaxtaşırı xalqın maraqlarına zidd çıxışlar edirlər. Bəziləri korrupsiyaya bulaşıb. Ona görə bu gün Milli Məclisə etimad yoxdur, sosial şəbəkələrdə deputatlar lağa qoyulur və s. 

İndi Adil Əliyev deyir biznesi yoxdur. Amma özü də bilir ki, yalan danışır. Bir daha qeyd edirəm ki, onun saxta yolla deputat seçildiyi sübut olunub. Bu baxımdan onun dediklərinə inanmıram”.(yenisabah) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam