Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Hansı millət vəkillərinin klinikası var?

 

Azərbaycanda bəzi deputatların sahibkarlıq fəaliyyətilə məşğul olduğu, müxtəlif biznes qurumlarına rəhbərlik etdiyi heç kimə sirr deyil

"Xeberinfo.com":  Məlumata görə, Millət vəkilləri arasında tikinti, avtomobil, mühafizə, bank və digər sahələrə aid şirkətlərlə yanaşı, tibb mərkəzlərinə də rəhbərlik edənlər var.
 
Bu yazıda əczaçılıq firması, tibb mərkəzi işlədən deputatlar haqqında danışılacaq.
Xatırladaq ki, qanun deputatlara sahibkarlıq fəaliyyətilə məşğul olmağı qadağan edir və bu səbəbdən onlar rəsmi deyil, qeyri-rəsmi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Tibb sektorunda paya malik olan deputatlardan danışanda millət vəkili Cavanşir Feyziyevin üzərində sükutla keçmək olmur.
Şəki seçicilərini Milli Məclisdə təmsil edən deputat ölkənin ən böyük əczaçılıq şirkəti — “Euromed”ə rəhbərlik edir.
Cavanşir Feyziyevlə yanaşı, digər millət vəkili Ülvi Quliyev də əczaçılıq fəaliyyəti göstərən “Loğman” adlı apteklər şəbəkəsinə və “dərman deposu”na sahibdir.
“Odlar Yurdu” Universiteti, “Muğanbank”, «British school» və s. iri biznes subyektlərinə sahib olan qocaman deputat, professor Əhməd Vəliyev həm də “Oksigen” klinikasının təsisçisidir.
Ondan başqa daha bir deputat, Azərbaycan Kikboksinq Federassiyasının prezidenti Adil Əliyevin də paytaxtda “Uzun Ömür” adında klinikası fəaliyyət göstərir.(təbib.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam