Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

KƏMALƏDDİN HEYDƏROVUN BANKINDA YENİ TƏYİNATLAR … – Bankın “axsayan” göstəricilərini düzəldə biləcəklərmi?

 


1556021646_555

Azərbaycan banklarında kadr transferləri adi hal olsa da, onların hər zaman gözlənilən effekti vermədiyi də danılmaz faktdır. Buna baxmayaraq, əksər banklar “axsadıqları” pozisiyalarda vəziyyəti düzəltmək üçün çox vaxt kadr dəyişikliklərinə, təcrübəli mütəxəssislərin işə cəlb olunmasına əl atırlar.

Yenixeber.org: Son bir neçə gündə daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bankı kimi tanınan “AFB Bank”da yeni təyinatlar olub. Belə ki, əvvəlcə “AFB Bank” ASC-nin Biznesin İnkişafı Şöbəsinə yeni müdir təyin edilib. Həmin vəzifəyə təyin olunan Fərid Məmmədovun bundan əvvəlki iş yeri “Nikoil Bank”da Ticarət Kreditlərinin İnkişafı şöbəsində müdir vəzifəsi olub. Ondan öncə isə “Kapital Bank”da, “AGBank” ASC və Ata Holdinq MMC-də çalışıb. Daha bir təyinat isə Marketinq şöbəsində olub.

Fərid Məmmədov

Fərid Məmmədov

Bundan sonra “AFB Bank”-ın marketinqinə rəhbərlik edəcək Səfər Aslanovun sonuncu iş yeri “Auto Azərbaycan” şirkətində Marketinq direktoru vəzifəsi olub.

2009-cu ilin fevralından fəaliyyətə başlayan “AFB Bank” bir müddət ölkənin kifayət qədər güclü və dayanıqlı banklarından sayılsa da, son zamanlar, xüsusilə də ötən ilin sonlarından başlayaraq, xeyli geriləməyə başlayıb. Belə ki, bankın 2019-cu ilin ilk yarısına aid rəsmi nəticələri bunu deməyə əsas verir.
Hələ cari ilin ilk rübünün göstəriciləri onu deməyə əsas verirdi ki, bank necə deyərlər, “əriyir”. Belə ki, bank həmin hesabat dövrünü cəmi 111 min manat mənfəətlə başa vurmuşdu. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə (!) azdır. Çünki bankın ötən ilin yekunlarına dair göstəriciləri qat-qat yüksək idi və “AFB Bank” ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə başa vurmuşdu.

Cari ilin birinci rübünün nəticələrinə görə isə bankın faiz gəlirləri cəmi 14,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 24,2% azdır. Həmçinin, ötən illə müqayisədə banka ödənilən haqq və komissiyalar da iki dəfə azalaraq, 3,5 milyon manatdan 1,6 milyon manata düşüb. Bu, o deməkdir ki, bankın xidmətindən istifadə edilməsi iki dəfədən də çox azalıb.

1544428118_0001

Nəticə etibarilə də bankın ümumi əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış 2,1 milyon manatı nəzərə alanda, «AFB Bank»ın ilk yarım ildə xalis mənfəəti 1 milyon 677 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə(!) azdır, çünki ötən il bu göstərici 5,33 milyon manat olub.

Bankın vəziyyətini göstərən göstəricilərdən biri də budur ki, işçilərin əmək haqlarına ayrılan vəsaiti və inzibati xərcləri kəskin azaldıb. 2018-ci ilin ilk yarısında bank işçilərinə (əmək haqqı və digər formada) 4,1 milyon, inzibati xərclərə isə 3,1 milyon manat ödədiyi halda, bu ilin eyni dövründə işçilərə ayrılan vəsait 2,1 milyona, inzibari xərclər isə 1,3 milyon manata düşüb. Başqa sözlə, bank təkcə bu iki maddə üzrə xərclərini 2,8 milyon manat azaltmağa məcbur olub.

Həmçinin, bankın məcmu kapitalında 12 milyon manata yaxın azalma müşahidə olunsa da, sonradan bu, dividend ödənişi ilə izah olundu.

Və nəhayət, olduqca böyük əhəmiyyət kəsb edən göstərici – bankdakı depozitlər. Bu göstərici müştərilərin banka münasibətini göstərən əsas kriteriyalardan biri sayılır. Burada da bank ciddi şəkildə “axsayıb”. Belə ki, bankdakı depozitlər 95 milyon manat azalaraq, 317,1 milyon manatdan 222,1 milyon manata düşüb, yəni “əriyib”.

Onu da əlavə edək ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb. “Gilan” MMC isə Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Ancaq Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biri kimi tanındığı üçün bu alqı-satqının formal xarakterli olduğu bildirilir. Lakin faktiki olaraq, bank “əl dəyişən” kimi, maliyyə göstəricilərində geriləmə müşahidə olunmağa başladı. Bunun nə ilə bağlı olduğunu isə söyləmək çətindir…

images

Bir sözlə, əksər pozisiyalar üzrə mənfi nəticələr göstərən bankın gücləndirilməsinə ehtiyac var. Ancaq bunun yalnız kadr dəyişiklikləri köməyilə mümkün olacağını da söyləmək çətindir. Çünki böyük ehtimalla yuxarıda qeyd etdiyimiz yeni təyinatların həlledici rol oynayacağını düşünmək doğru olmazdı.

Xatırladaq ki, bir müddət əvvəl sabiq vergilər naziri Fazil Məmmədova aid olduğu bildirilən “ATA Bank”-ın da rəhbərliyində elə nazirin özünün təşəbbüsü ilə ciddi dəyişikliklər olmuşdu. Demək olar ki, bütün əsas rəhbər şəxslər vəzifələrindən azad edilmişdilər. Lakin bu dəyişikliklər bankın çətin vəziyyətinə hər hansı ciddi təsir göstərmədi və o, ölkənin ən problemli banklarından biri olaraq, qalır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam