Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Beynəlxalq Banka yeni rəhbər təyin edildi

 

Fərid Axundov Azərbaycan Beynəlxalq Bankının yeni sədri təyin edilib.
"Xeberinfo.com":  Məlumata görə, o, bu postda ötən həftə səhhətilə əlaqədar istefa verən Cahangir Hacıyevi əvəz edib.
Məlumatı Fərid Axundovun indiyədək rəhbərlik etdiyi PASHA Bank da təsdiqləyib.

* * *
Azərbaycan Beynəlxalq Bankına (ABB) yeni sədr təyin olunmayıb.Bu barədə AzVision.az-a bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib. O, qeyd edib ki, yeni sədrin seçilməsi ilə bağlı hələ ki, heç bir iclas keçirilməyib:“Bankın mətbuat xidmətinin rəhbəri mənəm. Mən deyirəmsə banka sədr təyin olunmayıb, demək bu doğrudur. Yayılan məlumatlar doğru deyil. Bu saata qədər hələ heç bir iclas keçirilməyib. Azərbaycan Beynəlxalq Bankından kiminsə sədr təyin olması ilə bağlı mətbuata məlumat verilməyib. Təyinat olan zaman açıqlama veriləcək”.

***
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub. Bu barədə “Qafqazinfo”ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.
Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin planlaşdırılması” fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin “Biznesin administrasiyası” fakultəsini bitirib.
03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin Direktoru vəzifəsində çalışıb.
30.06.2007-ci il tarixdən isə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam