Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Abel Məhərrəmovun kürəkəni vəfat etdi

 

Abel Məhərrəmovun kürəkəni vəfat etdi

BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.

Yenixeber.org: Mərhumun yaxınlarının verdiyi məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.

Qeyd edək ki, öncədən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.

Allah rəhmət eləsin! 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam