Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL

“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır”


Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı məsələ yenidən mübahisələr yaradıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan bu məsələnin vacibliyi də sual doğurub.


Yenixeber.org: Tanınmış pediatr Vaqif Qarayev vahid məktəbli formasının tətbiqinə ehtiyac olmadığını hesab edir:

“Vahid məktəbli forması vacibdirmi? ABŞ-ın adi məktəblərində seçim azaddır. Hər kəs cibinə uyğun geyim alır, yeganə tələb qızların çox qısa ətək geyinməməsidir. Oğlanlar isə təhlükəsizlik baxımından silah və başqa predmetlər daşımamaq üçün çox gen paltar geyinməməlidi.

Elit məktəblərdə isə hər məktəbin öz forması var. Almaniyada da təxminən eyni vəziyyətdi. Böyük Britaniyada isə vahid forma mütləqdi. Əksər ölkələrdə ucuz olduğuna görə idman tərzinə (cins) üstünlük verilir. Amma hər yerdə qızların ətəklərinə xüsusi qadağalar var. Heç bir ölkə öz "BTE"-sinin ("Bakı Tikiş Evi") paltarını sırımağa çalışmır. Yəni vacib olan odur ki, valideynlər maddı baxımdan əziyyət çəkməsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam