Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mollaların vahid forma geyinməmələrinin səbəbi nədir?

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün müəyyənləşdirdiyi vahid geyim forması qurumun təyinatı ilə məscidlərdə işləyən axund və imamlar üçün nəzərdə tutulub.

"Xeberinfo.com":  Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyimlərinə oxşadılan vahid formaya bu gün din xadimlərinin, məscidlərdəki molların əynində o qədər də rast gəlinmir.

QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, din xadimlərinə vahid geyim formasının tətbiqi barədə ciddi göstəriş olmayıb. Onun sözlərinə görə,  qurum tərəfindən bu barədə təklif olub və bu geyim ancaq təkmilləşdirmə kurslarını bitirən müdavimlərə verilir.

“Hər ay 15-dən 30-a kimi müdavimimiz olur və onlara bu cür geyim formaları dərslər bitdikdən sonra verilir. Elə bir tələb yoxdur ki, hamı vahid forma geyməlidir. Kimlərdə varsa, onlar geyinir. Yas mərasimlərində forma geyinmək vacibdir ki?.. Məscidlərdə də hansı axund və imamın varsa, onlar geyinir”.

Vahid geyimlə bağlı işlərin davam etdirildiyini deyən Q.Cavadlı vurğulayıb ki, bu formanın tətbiqi tədricən həyata keçirilir.

“Bizim üçün bu formanı fabrik və zavod tikmir. Biz idarənin qüvvəsi ilə xüsusi atelyedə müdavimlərin ölçülərinə uyğun sifarişlər veriririk. Bu, nə bir günün içərəsində həll olunan məsələdir, nə də hərbi formadır. Çalışacağıq ki, müdavimlərimizi təmin edək. İndi yaydır və tətildir. Orucluq müddətində dərslər olmayıb, yeni dərslər sentyabrdan başlanacaq. Bu müddətdən sonra onlara həm diplomlar, həm də forma verilir. Bu proses yavaş-yavaş, tədricən həyata keçiriləcək”,-deyə qurumun sədr müavini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam