Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Keçmiş nazir öz oğlundan imtina etdi- “Özünü qanmadığı oyunlara soxduğundan...”

Azərbaycanın keçmiş naziri öz oğlu haqda bəyanat yaydı:

Azərbaycanın keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qudrət Quliyev müraciət yayıb. 

Q. Quliyev müraciətində deyib ki, oğlu Murad Quliyevin sosial şəbəkədə çıxışları ilə bağlı açıqlama vermək məvburiyyətində qalıb:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spikulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam.

Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkətlər sayıram.

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dvidentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam