Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər –Keşişlər ərazidən uzaqlaşdırıldı (FOTOLAR)

ffff-e1563955352352

Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

Yenixeber.org: “AzeriDefence”nin məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.

Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə önləm alan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşaiyət ediblər.

Bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.

Təxribatçı kütləni idarə edənlərdən biri olan, ictimai fəal David Katsarava isə ötən gün özünün facebook səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: “Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.

Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam