Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəşad Tağıyevin milyonluq villası–“Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Rəşad-Tağıyev-400x266-02

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosunu paylaşıb.

Yenixeber.org: Məlumata görə, E.Qafarov “Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.

“Gördüyünüz bu “kiçik” malikanə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi mülklərindən sadəcə biridir. Həzi Aslanov metrostansiyası yaxınlığında, “keçmiş hərbi hissə” adlanan ərazidə, Kazımağa Kərimov küçəsində yerləşir, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkdür. Dübəndi qəsəbəsində bu malikanədən 2 dəfə böyük daha bir malikanə də R.Tağıyevin son vaxtlar da əldə etdiyi əmlaklardan biridir.

Deyirəm, görəsən “şəffaf” işləyən birinin kiçik bir zaman ərzində bu qədər böyük sərvəti ələ keçirməsi nəyin hesabınadır? R.Tağıyevin şəxsi biznesi yoxdur, daha doğrusu Bakı şəhərində yerləşən 316 ümumi təhsil məktəbindən başqa şəxsi biznesi yoxdur…”

Yenixeber.org olaraq qarşı tərəfin də cavab haqqını tanıyırıq.

tehsil

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam