Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bu ölkədə 27 nəfər hələ də Hitlerin təyin etdiyi pensiyanı alır-1941-ci ildə təyin olunub

 

Belçikanın 27 vətəndaşı Almaniyadan 1941-ci ildə hələ nasist lideri Adolf Hitler tərəfindən təyin olunmuş pensiya ödənişlərini almaqdadır. TASS xəbər verir ki, bu barədə yerli "De Morgen" nəşri yazıb.

Yenixeber.org: Bildirilir ki, bu pensiya faşist Almaniyası tərəfindən "loyallıq, sadiqlik və itaət"ə görə təyin edilib.

Nəşrin yazdığına görə, 1949-cu ildən sonra Almaniya Federativ Respublikası Böyük Vətən müharibəsində məğlub olmuş dövlətin hüquqi varisi olaraq, beynəlxalq hüquq çərçivəsində pensiya da daxil olmaqla, III Reyxin bütün öhdəliklərini öz üzərinə götürüb və bu səbəbdən də pul köçürmələrini davam etdirib.

Məlumatda qeyd olunur ki, pensiyanı alanların hamısı faşist Almaniyası tərəfindən döyüşmüş insanlar və ya onların davamçılarıdırlar.

Bu ödəniş barədə məlumat əldə etmək yalnız Avropa Birliyinin qüvvəyə minmiş qərarından sonra mümkün olub. Bu qərar Birliyin üzv ölkələri üzərinə dövlətlərarası pensiya hesablamaları barədə məlumat mübadiləsi aparmaq öhdəliyi qoyub.

Bildirilir ki, indi bir qrup Belçika parlamentarisi diplomatik yolla bu məsələni yoluna qoymaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam