Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA və “Sipark İnşaat”ın alimlərə tikilən binada satdıqları mənzillərin planı üzə çıxdı-(FOTO)

 

Prezident İlham Əliyevin sərəncamı ilə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər üçün tikilmiş binanın 55 mənzili AMEA və “Evrostroy-S” MMC (indiki adı indiki adı “Sipark İnşaat”) tərəfindən adı siyahıda olmayan şəxslərə satılıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış sakinlər məlumat veriblər.

Sözügedən şikayət məktubunu təqdim edirik:

“AMEA-nın cüzi maaşı ilə bir ömür yataqxanada yaşayan sakinlərin həyatının dəyişməsi üçün möhtərəm Prezidentimizin humanistlik göstərərək verdiyi göstəriş hələ də kağız üzərində qalır. Əsasən son iki ildə AMEA və “Evro Stroy-S” MMC tikinti şirkətinin Bakı şəhər Şərifzadə 12 ünvanında yerləşən yataqxananın sakinlərinin mənzil almaq hüququnu pozaraq, onları evsiz qoyub dövlət orqanlarının qapılarında süründürürlər. 20 ildən artıq yaşadığımız həyəti darmdağın edib yerində 5 bloklu 4 bina tikib milyonlar qazanan şirkət və AMEA rəhbərliyi bizim mənzillərimizi mənimsəyib. Yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş 2 blokdan 128 mənzildən ibarət binanı öz aralarında sövdələşərək satışa çıxarıblar. Sakinlərin bir qismini qanunla onlara aidiyyat olmayan binada mənzillə təmin edib, bir qisminə isə şəhərdən kənarda Masazırdan, Xırdalandan, Buzovnadan daha az sahəli mənzillər təklif ediblər və bəzilərinə də daha irəli gedərək mansard qatlardan mənzil verib, bu minvalla bizi də evsiz qoyublar.

 

Həyata keçirdikləri bütün bu qanunsuz əməllərinə qanuni don geyindirərək cəmiyyətdəki nüfuzları sayəsində hamını bu yalanlarına inandırıb, dövlət başçısının qərarını heçə sayaraq öz oyunlarını oynayırlar. AMEA rəhbərliyi bağlanmış müqavilənin səriştəsiz olduğunu addımbaşı qeyd etməkdən yorulmur. Guya orada mənzil sayı göstərilməyib, guya 16 mərtəbəli binaya lazımi sayda mənzil yerləşdirmək olmazdı.

Cəmiyyəti buna inandırmağı bacaran AMEA bizim səsimizi bunun kimi yüzlərlə bəhanələrlə kəsir. Amma bu gün AMEA-nın iç üzü yavaş-yavaş açılır. Məlum olur ki, doğurdan da tikilən birinci və ikinci bloklar bizim üçün tikilib, ancaq AMEA rəhbərliyi “Evro Stroy-S” MMC tikinti şirkəti ilə birlikdə mənzillərin (cəmi 128 mənzil) bir qismini satıb (55 mənzil), qalanını (76 mənzil) isə yavaş-yavaş satışa çıxarır. Maraqlıdır ki, bu günə qədər etdiyimiz müraciətlərə AMEA rəhbərliyi şirkətin lazımi qədər mənzil vermədiyini iddia edirdi. Bəs AMEA rəhbərliyi və şirkət 128 mənzili nəyə əsaslanıb güvənərək bu günə qədər gizlədib? AMEA-nın şirkət lazımi sayda mənzil verməyib iddiasına qarşı şirkət nümayəndəsi də AMEA-ya 200 mənzilin verildiyini iddia edirdi. (1 və 2 blok 128 mənzil, kənarda, mansardda və 5-ci blokda 71 mənzil).

Maraqlıdır ki, Məhkəmələrdə belə AMEA rəhbərliyi iddia edir ki, 1 və 2 blokun sakinlər üçün tikildiyindən guya xəbərləri yoxdur və əgər belədirsə, o binanı şirkət özü mənimsəyib. Az qala dünyaya car çəkib özünü humanizmin simvolu kimi göstərən AMEA rəhbərliyi böyük günahlarını kiçik oyunları ilə ört-basdır edir. Bir vaxtlar bar-bar bağırırdılar ki, yataqxananın süpürgə otağına qeydiyyatı olub kirayələrdə yaşayan 100-lərlə əməkdaşının mənzilə ehtiyacı var. Niyə bu gün boşalan otaqlara onları deyil, yataqxanaya qeydiyyatı olmayan şəhərdən kənarda şəxsi mənzilləri olan əməkdaşlarını yerləşdirir və reklam da edir ki, illik kirayə müqaviləsi bağlayıb qeydiyyatsız yaşayacaqlar. Burada da AMEA-nın qanunsuz əməlləri əsasdır, çünki əslində bu yataqxana 2012- ci ildən söküntüyə gedib, olmayan binaya necə qeydiyyatla sakin yerləşdirmək olar ki?”(qafqazinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam