Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA-da MƏNZİL QALMAQALI SƏNGİMİR…Etiraz

 

Mənzil bölgüsündən kənarlaşdırılmış Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları AMEA mənzil komissiyasına açıq məktubla müraciət edib

Yenixeber.org: Redaksiyamıza aspirantlar yataqxanasının sakinlərinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mənzil komissiyasına ünvanlı müraciəti daxil olub. 

“Təzadlar” müxtəlif bəhanələrlə qanunsuz olaraq mənzil bölgüsündən kənarlaşdırılmış Bakı şəhəri, Şərifzadə 12-də yerləşən yataqxanada daimi qeydiyyatda olan və yaşayan, yaşadıqları mənzilə qanuni orderləri olan AMEA əməkdaşları və sakinlərinin açıq məktubunu təqdim edir:

“Bir aydan çox vaxt keçməsinə baxmayaraq, AMEA rəhbərliyi və AMEA mənzil komissiyası tərəfindən hüquqları pozulmuş yataqxana sakinlərinin müraciətlərinə heç bir rəsmi cavab verilməyib. Bu da növbəti qanun pozuntusudur. 
Nəhayət, 2017-ci il iyul ayının 19-da sakinlərin Prezident Administrasiyasına müraciətindən və administrasiyadan edilən zəngdən sonra AMEA işlər idarəsinin müdiri Fətəli Abdullayev əllərində qanuni orderləri olan sakinləri qəbul etdi. Ümumi sözlərlə danışan və sakinlərin qanuni hüquqlarını deyil, AMEA rəhbərliyinin məqsədlərini üstün tutan F.Abdullayev “AMEA rəhbərliyi müqavilə və digər qanuni sənədlərlə deyil, öz prinsiplərinə uyğun bölgü aparır” fikrini işlətdi. F.Abdullayevin bildirdiyinə görə, guya tikinti şirkəti onları hansısa məsələdə aldadıb. Cənab Fətəli Abdullayevin səsləndirdiyi fikirlərdən biri də bu oldu ki, komissiya üzvlərinin yataqxana sakinlərini tək-tək qəbul etməkdə məqsədi orada yaşayan (fərqi yoxdur, ev alan və ya almayan) qonşularınız haqqında hansısa gizli məlumatları almaqdan ibarətdir. 
Cənab Fətəli Abdullayev, bu nə deməkdir? Sizlər - komissiya üzvləri müstəntiq deyilsiniz, polis deyilsiniz, sizlərə bu səlahiyyəti kim verib? Neçənci əsrdə yaşayırıq? İnsanların çətin vəziyyətindən sui-istifadə edərək bir-birinə qarşı qoymaqla onları köhnə sözlə desək, yoxsa “danosçuluğa” öyrədirsiniz? 
Yenə qeyd edirik, komissiya üzvlərinin vəzifəsi bu deyil. Komissiya üzvlərinin vəzifəsi orada yaşayan, yaşadıqları mənzilə qanuni orderi olan və tikintinin aparılması üçün imzasını aldıqları 118 ailənin mənzillərdə yerləşdirilməsinə nəzarət etməkdən ibarət olmalı idi.
Qəribə məqamlardan biri də odur ki, AMEA-nın prezidenti cənab Akif Əlizadənin verdiyi müsahibədəki fikirlərlə komissiya üzvlərinin sözləri üst-üstə düşmür. Akif müəllim müsahibəsində birinci mərhələdə yalnız elmlər doktorlarına mənzil verildiyini qeyd edir. Belə çıxır ki, mənzil alan 54 AMEA işçisinin hamısı elmlər doktorudur. Lakin komissiyanın verdiyi məlumata görə, bu belə deyil. Birinci mərhələdə ev alanların böyük hissəsi fəlsəfə doktorları və hələ müdafiə etməmiş sakinlərdir (müdafiə edib-etməməsindən asılı olmayaraq adları imzası alınmış 118 nəfərin arasında olan ev almış yataqxana sakinlərinə bizim heç bir iradımız yoxdur. Bu onların da haqqıdır və yaşadıqları mənzilə görə mənzillə təmin olunmalıdırlar). Belə çıxır ki, ya komissiya üzvləri Akif müəllimə doğru məlumat verməyiblər, ya da...”.
Məsələ ilə bağlı AMEA rəsmilərinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

E.ŞİRİNOV

AMEA-da MƏNZİL QALMAQALI SƏNGİMİR…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam