Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bu gün Merkel Bakıya gəlir – nələr müzakirə ediləcək?

 

Almaniya kanslerinin son olaraq ölkəmizə gəlməsi onu deməyə əsas verir ki, Cənubi Qafqazla bağlı əsas müzakirələr Azərbaycanda olacaq

Almaniya kansleri Angela Merkel Gürcüstanda rəsmi səfərdədir.  Avqustun 23-də onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və bu ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar.

Yenixeber.org: A.Merkelin nümayəndə heyətinin tərkibinə kanslerin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Yan Heker, maliyyə və iqtisadi siyasət üzrə məsləhətçisi Lars-Hendrik Ryoller, Avropa siyasəti üzrə məsləhətçisi Uve Korzepius və Kansler Aparatında Cənubi Qafqaz bölməsinin rəhbəri Matias Lyutenberq daxildirlər. Rəsmilərlə təmasdan sonra kansler Tiflis Dövlət Universitetində olub. 

“Rusiya keçmiş sovet respublikalarındakı vəziyyəti çətinləşdirir. Gürcüstanın timsalında Cənubi Osetiya və Abxaziyanı, Moldovadakı problemi  göstərmək olar. Azərbaycanda da Ukraynada olan problem var”.

Merkel Gürcüstanda ile ilgili görsel sonucu

Strateq.az bildirir ki, bu sözləri Almaniyanın kansleri Merkel Gürcüstanda, Tbilisi Dövlət Universitetində çıxışı zamanı bəyan edib.  Onun sözlərinə görə, Rusiya anlamalıdır ki, Avropa İttifaqı və NATO onun düşməni deyil: “Almaniya təkcə Gürcüstan, Azərbaycan və Ukrayna ilə yox, həmçinin Rusiya ilə çox yaxşı əlaqələrə malik olmaq istəyir”.

Kansler Rusiyanın dünyada mühüm ölkə olduğunu bildirib: “Almaniya Rusiya ilə yaxşı münasibətlərə malik olmağı arzulayır. Avropa və Rusiya yaxşı əməkdaşlıq edirlər. Xüsusilə qeyd etmək istərdim ki, Avropa İttifaqı və NATO Rusiyanın düşməni deyillər. Almaniya Gürcüstanın NATO-ya inteqrasiyası prosesini dəstəkləyir. Amma açıq danışmaq istəyirəm. Bu mərhələdə Gürcüstanın Alyansa qısa zamanda daxil olacağından danışmaq olmaz”.

O, eyni zamanda Gürcüstanı NATO ilə yaxınlaşma kursunu sürdürməyə və bu istiqamətdə addım-addım irəliləməkdə davam etməyə çağırıb.

Angela Merkel avqustun 24-də günün ikinci yarısında İrəvana gəlib. Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, Almaniyanın hökumət başçısını aeroportda Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.

Merkel irÉvanda ile ilgili görsel sonucu

Bakı səfərindən nə gözləyək?

Almaniya kansleri bu gün isə Azərbaycana gəlir. AFR-dəki mənbənin “Turan” agentliyinə verdiyi məlumata görə, iki ölkə liderinin danışıqları, birgə mətbuat konfransı və nahar saat 10:15-dən 13:10-a qədər davam edəcək.

Daha sonra Merkel 1990-cı ilin yanvarında sovet qoşunlarının çıxarılması zamanı həlak olanların və Qarabağ müharibəsi iştirakçılarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcək.

Saat 14:10-dan 15:00-a qədər Merkel işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək iqtisadi məsələlərə dair dəyirmi masada iştirak edəcək, tədbir başa çatdıqdan sonra Berlinə yola düşəcək.

Mənbənin məlumatına görə, Merkel Bakıda ikitərəfli iqtisadi əlaqələrin inkişafı, Azərbaycan və Aİ arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etmək niyyətindədir.

Merkel Gürcüstanda ile ilgili görsel sonucu

“İnsan hüquqları mövzusuna gəlincə, Merkel ənənəvi olaraq xarici tərəfdaşları ilə danışıqlarda insan hüquqları, demokratiya və qanunun aliliyi məsələlərinə toxunur” deyə, Almaniya hökumətindəki mənbə qeyd edib və avqustun 12-də müxalifətçi İlqar Məmmədovun azad edilməsini “müsbət əlamət” adlandırıb.

Bundan başqa, Merkelin Bakıya səfəri zamanı Avropaya enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olacaq. Merkel həmçinin Qarabağ nizamlanması məsələsinə də toxunacaq. “Almaniya Aİ-dən olan tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparılmasını və Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsinin bu danışıqda iştirakını dəstəkləyir. Berlin Azərbaycanı və Ermənistanı bu münaqişənin dinc, razılaşdırılmış həlli yolunu tapmağa çağırır”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, hələ günlər öncədən xanım kanslerin Bakı səfəri ətrafında çoxsaylı müzakirələr yaranıb.

Gedən müzakirələrdə əsas diqqəti hökumətyönlü mətbuat orqanlarında bu səfərlə bağlı olan yazılar çəkir. Belə ki, Merkelin Cənubi Qafqaz, ən çox da Azərbaycan səfəri iqtisadi yöndə təhlil edilir.

BÉxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Merkelin səfəri iqtisadi və siyasi baxımdan, eləcə də, Almaniyanın dünyada baş verən proseslərə formalaşan yeni münasibətləri baxımından çox əhəmiyyətlidir: “Merkel digər ölkələrə də səfər edib və öz mövqeyini nümayiş etdirib. Əgər onun Cənubi Qafqaz səfəri daha çox iqtisadi mahiyyət daşıyırsa, o zaman bir sual meydana çıxır, Almaniya Ermənistandan hansı iqtisadi dividentləri qazanmağı düşünər? Ermənistanın nəyi var ki, ondan Almaniyanın da bir iqtisadi əlaqələri olsun? Gürcüstan daha çox Azərbaycanın, yəni məlum kəmərlərin hesabına ayaqda duruşa gətirə bilən bir ölkədir. Amma siyasi cəhətdən hələ də sabitlik qazana bilən bir dövlət deyil. Merkelin bu səfəri çərçivəsində son olaraq ölkəmizə gəlməsi onu deməyə əsas verir ki, onun qarşısına qoyduğu vəzifələrin müzakirəsi daha çox Azərbaycanda olacaq. Ölkəmiz Avropanın enerji təchizatı, xüsusilə, təbii qazla təmin olunmasında mühüm rol oynayır. Hazırda Avropa Birliyi ilə Amerika arasında ciddi fikir ayrılıqları var. Böyük Britaniya artıq birliyi tərk edib. Belə bir məqamda ittifaqın üzvü olan Almaniya kimi ölkə çalışır ki, özünə daha çox tərəfdaş toplasın, bu tərəfdaşla siyasi və iqtisadi yöndə əlaqələr qursun. Almaniya ilə Türkiyənin iqtisadi əlaqələrində müəyyən problemlər gözlənilir. Çünki Amerikanın atdığı son addımlar hər iki dövlət üçün iqtisadi çətinliklər yaradıb. Çox şükürlər olsun ki, cənab prezidentin yürütdüyü uğurlu siyasət, atılan addımlar nəticəsində həm iqtisadi gücümüzü, həm də siyasi sanbalımızı saxlayırıq. Əməkdaşlıq etdiyimiz dövlətlərdən tək fayda götürmürük, əksinə onlara fayda da veririk. Bu baxımdan Merkelin bu səfəri hər iki tərəf üçün önəmlidir. Siyasi və iqtisadi  yöndə güclü olan Almaniya kimi bir dövlətdən hər zaman faydalanmaq istəyirik, faydalanırıq, faydalanacağıq da.  Yəqin ki, burada imzalanan sənədlərdə bunun bir daha şahidi olacağıq”.

Ä°lgili resim

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a xanım siyasətçinin səfərini bu cür şərh etdi: “Almaniya əhalisinin sayına Avropa İttifaqının birinci dövləti, Avropanın birinci, dünyanın dördüncü iqtisadiyyatıdır. Lakin sön dövrlərdə, xüsusilə də Birləşmiş Ştatların Almaniyanın ənənəvi iqtisadi tərəfdaşlarına sanksiyalar tətbiq etməsindən sonra ölkənin ümumdaxili məhsulunda (ÜDM) ənənəvi artım nəzərə çarpmayıb. 2018-ci ilin ilk 6 ayının yekunlarına görə, ÜDM-də 2011-2017-ci illərin rekord göstəricilərinə rəğmən geriləmə baş verib. Digər tərəfdən, Almaniyanın Avropanın əsas qazpaylayıcı şəbəkəsinə çevrilməsini nəzərdə tutan ”Şimal axını-2" layihəsinin taleyi sual altındadır. Bu layihə Avropa İttifaqının üçüncü enerji paketi ilə ziddiyyət təşkil etməklə yanaşı ittifaqın üzvü və strateji tərəfdaşı olan ölkələrə ciddi ziyan vura biləcəyi üçün gündəlikdən tamamilə çıxarıla bilər. Bütün bunlar, eyni zamanda Almaniyanın müstəqil güc mərkəzi kimi qlobal proseslərə qatılmaq niyyəti kansler Angela Merkelin Cənubi Qafqaza səfərini əsaslandıran amillərdən biridir. Qeyd edim ki, səfər haqqında rəsmi məlumatların yayıldığı zaman kəsiyindən bir müddət öncə Merkel dünya düzəninin ciddi təzyiq altında olduğunu və Almaniyanın baş verənlərə müşahidəçi qalmayacağını bildirmişdi. Qənaətimə görə, Almaniya kanslerinin Cənubi Qafqaza səfərində sadaladığım bütün amillər rol oynayır.

Angela Merkelin səfər çərçivəsində səsləndirdiyi bəyanatlar, xüsusilə də Rusiyanın maraqlarının kəsişdiyi məsələlərlə ilə bağlı kifayət qədər ehtiyatlıdır. Xüsusilə də, Abxaziya və Cənubi Osetiya problemini əsas gətirməklə Gürcüstanın yaxın zamanlarda NATO-ya üzv ola bilməyəcəyini vurğulaması da diqqətə alınmalıdır. Almaniya kanslerinin Gürcüstanda verdiyi bəyanatlardan ən önəmlisi isə hesab edirəm ki, ərazi bütövlüyü prinsipi ilə bağlıdır. Rusiya ordusunun Cənubi Osetiya və Abxaziyadan çıxarılmasına çağırış da bu konteksdən Gürcüstan üçün mühüm önəm daşıyır. Ümid edirəm ki, beynəlxalq hüququn təməl prinsiplərinə münasibətdə Gürcüstanda səsləndirlən mövqe Azərbaycanda da nümayiş etdiriləcək. Əks təqdirdə Almaniyanın, Merkelin də bəyan etdiyi kimi qlobal düzəni təzyiq altından çıxarmağa heç bir şansı olmayacaq. Cənubi Qafqazda iqtisadi baxımdan Almaniya üçün önəmli olan yeganə dövlət Azərbaycandır. Nə Gürcüstan, nə də Ermənistan Almaniyanın maraqlarını cəlb edə biləcək iqtisadi potensiala malik ölkələr deyillər. Adlarını vurğuladığım ölkələri Almaniyanın və Avropa İttifaqının maliyyə dəstəyi və uzunmüddətli yatırımları daha çox maraqlandırır. Səfər şübhəsiz ki, həm iqtisadi, həm də siyasi motivlidir. Bu, Almaniya kanslerinin səsləndirdiyi bəyanatlarda da öz əksini tapıb. Almaniya ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi münasibətləri genişləndirmək üçün perspektivlər kifayət qədərdir. Bu səfər ilk növbədə münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına töhfə verə bilər. Səfər çərçivəsində enerji və nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması da gözlənilir. Baxmayaraq ki, Almaniya kansleri səfərdən öncə Rusiya qazının daha ucuz olduğunu vurğulayıb, amma hesab edirəm ki, bu yanaşma daha çox iqtisadi məsələlərin müzakirəsi müstəvisində əlverişli mövqe əldə edilmək üçün sərgilənib. Çünki “Şimal axını-2" layihəsinin Avropa İttifaqı tərəfindən bloklanması perspektivinin yüksək olması, Almaniyanı alternativ enerji mənbələri axtarışına sövq edə bilər. Bütün hallarda Almaniya kanslerinin ölkəmizə səfərini iki ölkə arasında dialoqun möhkəmləndirilməsi baxımından önəmli hadisə kimi qiymətləndirmək lazım gəldiyini düşünürəm”.

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam