Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yanğın baş verən ərazidən -FOTOREPORTAJ

 

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir

Yenixeber.org:  Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir.

Əməkdaşlarımızın hadisə yerindən hazırladığı fotoreportajı təqdim edirik.

Qeyd edək ki, hadisə yerinə Prezident İlham Əliyev baş çəkib.

Xatırladaq ki, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Rəsmi məlumata əsasən, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.Yanğın nəticəsində 34 nəfər xilas edilib, 3 nəfər Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib, 24 nəfərin isə meyiti aşkar edilib. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam