Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda bayram yarmarkaları açıldı

 

Bakıda bu gündən bayram yarmarkaları açılıb. 

"Xeberinfo.com":  Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə keçirilir.
Martın 19-dək fəaliyyət göstərəcək yarmarkalarda paytaxtın müxtəlif rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satışı təşkil ediləcək.
Bayram yarmarkaları aşağıdakı ünvanlarda olacaq:

Xətai rayonu (2 ünvanda) – Ukrayna dairəsinin yanı;
– Bakı kinoteatrının yanı;
Nəsimi rayonu – S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu – Akim Abbasov küçəsi, İran klinikasının yanı;
Nərimanov rayonu – Gənclik metrosunun yanı;
Səbail rayonu – Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı

-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam