Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Qızıl amnistiya" gözlənilir— Millət vəkilindən ŞAD XƏBƏR

 

“2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən ən yüksək əfv fərmanının imzalanması gözlənilir”.

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib. 

M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur:

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Hazırda da Prezident yanında Əfv Məsələləri Komissiyası müraciətlərə baxır və müvafiq işlər aparılır. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Ancaq əfv fərmanının dəqiq vaxtını söyləyə bilmərəm. Bu cənab Prezidentimizin bilavasitə səlahiyyətlərinə aid olan məsələdir. Ancaq dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.

Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”.(ölke)

Vasif Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam