Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göz həkimlərinin morqlarla işbirliyi:Meyitlərdən gözün buynuz qişasını çıxarırlar

 

Yenixeber.org:   Göz insanın görmə funksiyasını təmin edən ən vacib duyğu orqanıdır. Gözdəki bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur.  Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır.

 

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

 

Bu əməliyyat Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib. Son illər bu sahədəki ən böyük problem buynuz qişanın əldə edilməsi üçün donor tapılması ilə bağlıdır.

 

Bunun üçün Azərbaycanda göz bankları yaradılmalı, ya da qısa müddət ərzində xarici ölkədən gətirilməlidir.

 

Məlum olduğu kimi, gözün buynuz qişası ölüdən götürülür. Amma ölkəmizdə böyük çoxluq ölüsündən donor kimi istifadə edilməsinə razılıq vermir.

Ancaq Azərbaycanda bir sıra məşhur oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər.

Modern.az-a daxil olan məlumata görə, oftalmoloqlar  ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar.

 

Hətta bu “donor”lar vasitəsilə bir neçə xəstəni də əməliyyat ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam