Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Evlənmək istəyənlərdə aşkarlanan qorxunc xəstəliklər

 

Evlənmək istəyənlərdə aşkarlanan qorxunc xəstəliklər

Yenixeber.org: Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son on il ərzində bu xəstəlikdən ölüm göstəricisi beş dəfə azalıb. Hazırda mərkəzdə 3100 xəstə daimi müalicə alır.

Son illər Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Keçən il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 10-u böyük beta-talassemiya, 1-i kəskin leykoz, 1-i aplastik anemiya xəstəsi olub.

Talassemiyanın profilaktikası baxımından nikaha daxil olan cütlüklərin tibbi müayinəsi çox böyük əhəmiyyət kəsb edir. 

Ötən il 130 min nəfərdən qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immunçatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkarlanıb. 

Müayinə olunanlar arasında talassemiyalı 38 cütlük müəyyən edilib. Həmin cütlüklərin ailə həyatı qurması nəticəsində hamilə qalan 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkar edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam