Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Orqan köçürmənin qiymətləri

 

“2014-cü il ərzində 16 qaraciyər, 65 böyrək transplantasiyası həyata keçirilib. Bu il orqan transplantasiyasını gerçəkləşdirdiyimiz pasientlər içərisində 7 aylıq körpədən tutmuş, 68 yaşa qədər olan insanlar var. 7 aylıq uşağa qaraciyər köçürülüb. Ümumiyyətlə, orqan donoru olan şəxsin yaşı 18-dən yuxarı olmalıdır. Bizim əməliyyatlarda donorluq edən şəxslər 18-76 yaş arası olub”.

 

"Xeberinfo.com": Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

 

O bildirib ki, həyata keçirilən əməliyyatların hamısı uğurla başa çatıb: “Nəticələrimiz dünya standartları ilə eynidir. Əməliyyatlarda qeyri-adi bir nəticə baş verməyib. Hər şey qaydasındadır”.

 

Şöbə müdiri xəstələrə köçürülən orqanların hamısının yaxın qohumlar tərəfindən verildiyini bildirib: 
“Orqanlar xəstə yaxınları tərəfindən bağışlanıb. Vəziyyətə uyğun olaraq orqan bütöv, ya da bir hissə götürülərək köçürülüb. Yaxın qohumlar olduğundan orqanının verilməsinə görə pul ödənilməyib. Bildiyiniz kimi, Azərbaycanda orqan alış-verişi qanunla qadağandır. Ona görə də burda hər hansı məbləğdən söhbət gedə bilməz”.

 

Transplantasiya qiymətlərinə gəlincə, həkim qeyd edib ki, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir: 

“Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.

 

Dünya praktikasında həyata keçirilən ürək transplantasiyasının Azərbaycanda mümkünlüyünə gəlincə, həkim bunu ancaq meyit orqanlarının bağışlanacağı təqdirdə reallaşa biləcəyini vurğulayıb: “Beyin ölümü baş verən şəxslərdən ailənin icazəsi ilə orqanlar bağışlanacağı təqdirdə, ölkəmizdə də ürək transpalantasiyası mümkün olacaq. Bunun üçün Azərbaycanda şərait olsa da, orqan bağışlanması hələ yoxdur. Əgər beyin ölümü reallaşan insanlarda orqan bağışı həyata keçirilərsə,  ağciyər, ürək, gözün buynuz qişası, mədəaltı vəzin də transplantasiyası icra oluna bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam