Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kredit borcu olanlara bəd xəbər -POLİS SİZİ YOLDA SAXLAYACAQ

1466372259_dollar

 

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin dövlət yol polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib.
Yenixeber.org:   Baku.ws-ə istinadən xəbərə görə,  mütəxəssis bildirib ki, son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar: “Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasına saxlanca qoyulmasını da tələb edirlər. Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır”.
Ekspert qeyd edir ki, bu məsələdə ciddi qanunsuzluq var: “İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı “DYP-nin mühafizə olunan duracağı” olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam