Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Kim haqlıdır?Velosipedçilər, yoxsa polis? – ŞƏRH

Kim haqlıdır?

 

DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil

 

Yenixeber.org: Bunu yol sahəsi üzrə ekspert Ərşad Hüseynov Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən velosiped idmanının şose növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının üzvlərinin saxlanılması və onları müşayiət edən avtomobil də daxil olmaqla, velosipedçilərin Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılması məsələsini şərh edərək deyib.

“Birincisi, nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdən kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz). Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq, velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texpasport kimi) olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar, bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır, sürsün və s.).

İkincisi, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə, çox təhlükəlidir”, – Ə.Hüseynov bildirib.

Ekspert deyib ki, bu cür yollarda velosipedlərin hərəkəti qanunla tənzimlənir: “Velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi: I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır”.

Onun sözlərinə görə, əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini təlb edə bilər: “Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam