Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün digər vətəndaşlıqlardan imtina prosesinə başlamışam.
Yenixeberorg.com: Bunu Ermənistanda həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyan bildirib.
“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarı verdim”, - “Güclü Ermənistan” partiyasının lideri bildirib.
Qeyd edək ki, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarına malikdir.
Xatırladaq ki, Ermənistan parlamentinə 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirak etmək üçün Ermənistan vətəndaşlığından başqa digər vətəndaşlıqlara sahib olmaq maneə sayılır.









AZ
RU
