Rusiyanın bu şəhərinə kütləvi PUA hücumu:ölən və yaralananlar var
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi PUA hücumu edilib.
Yenixeberorg.com: Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, iki saatdan çox davam edən hücum nəticəsində şəhərdə xeyli sayda yaşayış binasına ziyan dəyib.
Şəhər meri Svetlana Kambulova zərbələr nəticəsində 40-dan çox binaya ziyan dəydiyini deyib:
“12 çoxmənzilli bina, 27 fərdi ev, 10 avtomobil, bir məktəb və 3 müəssisəyə ziyan dəyib”.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə 1 nəfərin ölddüyü, 8 nəfərin yaralandığı barədə məlumat verib.









AZ
RU
