Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tramp kapitulyasiyadan danışıb:“İranın döyüşəcək heç nəyi...

 ABŞ prezidenti Donald Tramp İranla bağlı səsləndirdiyi yeni fikirlərlə diqqət çəkib.

Yenixeber.org: Tramp İranın mümkün kapitulyasiyası barədə danışarkən bildirib ki, bu, yalnız Tehran özü belə qərar verərsə və ya ölkənin döyüşmək imkanları tam tükənərsə baş verə bilər.

Onun sözlərinə görə, qeyd-şərtsiz kapitulyasiya o halda mümkün ola bilər ki, iranlılar bunu rəsmi şəkildə elan etsinlər. ABŞ prezidenti əlavə edib ki, digər ssenari isə İranın artıq müharibəni davam etdirmək üçün insan və resurslarının qalmaması ilə bağlıdır.

“Qeyd-şərtsiz kapitulyasiya o zaman ola bilər ki, iranlılar bunu elan etsinlər. Amma bu həm də o zaman baş verə bilər ki, onların artıq döyüşmək üçün nə insanı, nə də başqa resursu qalsın”, – deyə Tramp bildirib.

ABŞ prezidenti eyni zamanda İranla müharibənin enerji bazarına təsiri ilə bağlı suallara da cavab verib. O, benzin qiymətlərinin artmasının onu narahat etmədiyini bildirib.

“Əgər qiymətlər qalxarsa – qalxsın. Bu məni narahat etmir. Hər şey bitəndən sonra qiymətlər tez düşəcək”, – deyə Tramp vurğulayıb.

Məlumata görə, İran ətrafında gərginliyin artması artıq enerji bazarına təsir göstərməyə başlayıb. Beynəlxalq media hesab edir ki, münaqişə başlayandan sonra dünya bazarında neftin qiyməti təxminən 16 faiz artıb, ABŞ-da isə benzinin qiyməti hər gallon üzrə təxminən 27 sent bahalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam