Bu ölkənin ən böyük narkokartelinin lideri öldürüldü
Meksikanın ən böyük narkokartellərindən biri olan "Halisko Yeni Nəsil"in lideri "El Menço" ləqəbli Nemesio Osegera Servantes silahlı qüvvələrin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.
Yenixeber.org: Bu barədə "Milenio" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Bazar günü Talpa de Allyende (Xalisko ştatı) bələdiyyəsində ordunun keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın lideri öldürülüb. Təhlükəsizlik qüvvələrinin ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalientes ştatlarında keçirdiyi əməliyyatlara cavab olaraq kartel üzvləri magistral yolları bağlamağa başlayıblar.
Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu sayılırdı", - mənbə bildirib.









AZ
RU
