Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

 

Meksikada “Xaliskonun yeni nəsli” kartelinin liderinə qarşı əməliyyat zamanı və iğtişaşlarda azı 18 nəfər həlak olub.

Yenixeber.org xəbər verir ki, bu barədə yerli “Jornada” qəzeti məlumat yayıb.

Belə ki, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesi tutmaq üçün həyata keçirilən əməliyyat və onun ardınca baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 15 hərbçisi həlak olub.

Bundan başqa, Puerto-Valyarta şəhərində həbsxanada baş vermiş qiyam zamanı bir mühafizəçi həlak olub, Sapopan şəhərində isə küçə atışmasında prokurorluğun işçisi güllələnib. Eyni şəhərdə atışma zamanı bir hamilə qadın həlak olub.

Xatırladaq ki, “El Menço”nun öldürülməsindən sonra kartel öz silahlılarının tam səfərbərliyini elan edib. Kartel hər öldürülmüş polis və ya hərbçiyə görə 1200 dollar mükafat vəd edib. Muzdlular ölkənin ən turistik bölgələrindən biri olan Xalisko ştatında yanğınlar törədib və yolları bağlayıblar. Əsasən Xalisko ştatında baş verən iğtişaşlar digər ştatlara da yayılıb. Qvadalaxara və Puerto-Valyarta hava limanları müvəqqəti olaraq bağlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam