Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

III Çarlzdən RƏSMİ AÇIQLAMA:...polisə kömək edəcək

Bukinqem sarayı Britaniya monarxının kiçik qardaşı keçmiş şahzadə Endryuya qarşı irəli sürülən ittihamlarla bağlı kral III Çarlzın rəsmi açıqlamasını yayıb.

Yenixeber.org: Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

III Çarlz bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Endryu Mauntbatten-Vindzorun mümkün qanun pozuntularını araşdırmaq üçün kral ailəsinin üzvlərinə müraciət edərsə, saray polisə "kömək etməyə hazırdır".

İddialar həm Endryunun ticarət elçisi kimi fəaliyyət göstərərkən pedofil maliyyəçi Ceffri Epşteynə məxfi sənədlərin ötürülməsi şübhələri, həm də potensial qurbanın yeni iddiaları ilə bağlıdır.

Epşteynin 2010-cu ildə keçmiş şahzadə ilə görüşmək üçün Londona, Endryunun o vaxtkı iqamətgahına bir qız göndərdiyi iddia edilir. III Çarlz artıq kiçik qardaşına qarşı irəli sürülən ittihamlarla bağlı dərin narahatlığını bildirib.

Endryu isə cinsi istismarla bağlı şəxsinə ünvanlanmış bütün iddiaları hər zaman rədd edib.

Ötən ilin oktyabr ayında kral, cinsi istismar qurbanı Virciniya Cuffrenin kitabının nəşrindən sonra Endryunu bütün titullarından və fəxri adlarından məhrum edib.

Daha əvvəl Britaniya taxtının varisi şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton ilk dəfə Britaniya kral ailəsinin pedofil maliyyəçisi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqala münasibət bildiriblər. Bu qalmaqallar onun sənədlərinin dərc olunmasından sonra ortaya çıxıb. "Şahzadələrin bu yeni açıqlamalardan dərin narahat olduğunu təsdiqləyə bilərəm. Onların fikirləri qurbanların yanındadır", - Uilyam və Keytin mətbuat katibi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam