Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Zelenski Donbassdan çıxmağa razıdır, amma... –Azad iqtisadi zona kimin nəzarətində olmalıdır?

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün əhəmiyyətli güzəştlərə getməyə hazır olduğunu bəyan edib.

Yenixeber.org: Zelenskinin sözlərinə görə, Kiyev Ukrayna qoşunlarını Donbassdan çıxarmaq və ərazidə silahsızlaşdırılmış azad iqtisadi zona yaratmaq ehtimalına açıqdır. Ancaq bir şərtlə ki, Rusiya da qarşılıqlı addımlar atsın. Böyük ehtimalla, söhbət Rusiyanın da Donbassda işğal etdiyi ərazilərin dərinliyinə - geri çəkilməsindən gedir. Bunu Zelenski bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında demişdi.

“Newsweek“ nəşri hesab edir ki, bu bəyanat Ukrayna rəhbərliyi tərəfindən əhəmiyyətli bir güzəştdir, çünki bu, Kiyevin əvvəllər qəti şəkildə rədd etdiyi məsələdir. Ukrayna daha əvvəl heç bir şərt altında Donbassdan çıxmayacağını bildirirdi. “Newsweek” vurğulayır ki, Zelenskinin təşəbbüsü yüksək daxili və xarici siyasət risklərinə baxmayaraq, uzanan münaqişəyə siyasi həll yolu tapmaq istəyini əks etdirir.

Əlavə edək ki, Zelenski perspektivdə azad iqtisadi zona yaradılarsa, həmin ərazilərin Ukraynanın yurisdiksiyasında olmasını tələb edir. Rusiya isə azad iqtisadi zona təşəbbüsünə razı olsa da, bu ərazinin öz nəzarətinə verilməsini və oraya “Rosqvardiya”nın yeridilməsini istəyir. Bu isə o deməkdir ki, tərəflər arasında ərazi məsələsi həll olunmamış qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam