Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Pezeşkianın istefa xəbəri yayıldı, ardınca isə… –İranda nələr baş verir?

Pezeşkianın istefa xəbəri yayıldı, ardınca isə... – İranda nələr baş verir?

Son günlər İran Prezidenti Məsud Pezeşkiana aid olduğu iddia edilən və ölkədəki rejimi sərt tənqid edən fikirlər yayılıb. İddialara əsasən, Pezeşkianın demədiyi sözlər ona aid edilərək qəsdən gündəmə gətirilir və bununla da onun siyasi məsuliyyətə cəlb edilməsi hədəflənir.

Yenixeber.org: Son olaraq İran mediası Məsud Pezeşkianın impiçmenti məsələsini gündəmə gətirib. Bildirilir ki, ölkədə ağır iqtisadi böhran, yüksək inflyasiya və sosial narazılıqlar fonunda Pezeşkiana qarşı impiçment prosesinin başlanması müzakirə olunur.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Məsud Pezeşkian ölkəsinin xarici siyasəti və hərbi məsələlərlə bağlı son çıxışlarında İranın raket istehsalının vacibliyini vurğulayıb:

“Pezeşkian qeyd edib ki, İsrail müxtəlif ölkələrə ölümcül silahlar ixrac etdiyi bir şəraitdə İran da raket istehsalını artırmalıdır. O, İran hakimiyyətinin xarici siyasi kursu ilə bağlı kəskin və sistemli tənqidlər səsləndirməyib.

Pezeşkianla bağlı son günlər yayılan fikirlər məsələnin başqa tərəfidir. Bir neçə gün öncə onun istefa verdiyi ilə bağlı məlumat yayıldı, lakin daha sonra bu iddialar təkzib edildi. Prezident seçildikdən bir neçə ay sonra isə Pezeşkian açıq şəkildə bəyan etmişdi ki, onu işləməyə qoymurlar. Bu da onu göstərir ki, Tehran hakimiyyəti daxilində və ya hakimiyyətə yaxın müxtəlif oliqarx qruplar prezidentin fəaliyyətinə maneələr yaradır”.

S.Soltanın sözlərinə görə, İran hakimiyyətində əsas güc mərkəzlərindən biri İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və oliqarxlardır:

“Pezeşkianın ilk aylarda səsləndirdiyi narazılıqlar da məhz bu səbəblərlə bağlı idi.

Ötən günlərdə İran Parlamentinin sədri Məhəmməd Bağer Qalibaf hökumətin iqtisadi və maliyyə sahələrində islahatlar aparmaması halında impiçmentin gündəmə gələ biləcəyini bəyan edib. Bu açıqlama da Pezeşkian ətrafında müxtəlif şayiələrin yayılmasına səbəb olub.

Pezeşkianın istefa xəbəri yayıldı, ardınca isə... – İranda nələr baş verir?

Sədrəddin Soltan

Pezeşkianla Ali Rəhbər Ayətullah Xamenei arasında ciddi ziddiyyət yoxdur. Bir neçə ay əvvəl Xamenei Pezeşkiana gördüyü işlərə görə təşəkkür etmişdi. Eləcə də, Pezeşkian bu yaxınlarda Xameneiyə minnətdarlıq məktubu ünvanlayaraq göstərilən etimadı doğrultmağa çalışacağını bildirib. Qərbi Azərbaycan əyalətinin imam-cüməsi Seyid Mehdi Qüreyşi də mövcud şəraitdə Pezeşkian hökumətinin dəstəklənməsinin vacibliyini bəyan edib və Xameneinin hökumətə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Hazırda mühafizəkar düşərgədə, xüsusilə prezident seçkilərində Pezeşkiana uduzan Laricani və Səid Cəliliyə yaxın qruplar yaranmış vəziyyətdən istifadə edərək prezidentə qarşı təzyiqi artırmağa çalışırlar. Hökumətin ölkədəki bütün problemlərə cavabdeh olduğu görüntüsü yaradılır. Halbuki əsas qərarverici mexanizmlər Ali Rəhbər və onun nəzarətində olan qurumların əlində cəmləşib”.(globalinfo.az)

Safura Bənnayeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam