Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“HH Group” fermerlərə saxta toxum satır -İLGİNC

“HH Group” adlı şirkət Azərbaycanda saxta qarğıdalı toxumu satır. Bu şirkətdən toxum alan çoxsaylı fermerler ciddi zərərə uğrayıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza müraciət edən fermer Taryel İbrahimov və başqaları bildirib ki, toxum adıyla onlara satılan qarğıdalı yararsız imiş.

“Biz toxumu HH Group-un Şəmkirdəki mağazasından aldıq. Müdir olduğu deyilən Vaqif Hüseynov adlı şəxs  toxumun tam səpin üçün yararlı olduğunu desə də amma məhsul zamanı bunun əksinin şahidi olduq. Biz  sonradan öyrəndik ki, Hüseyn Hüseynov adlı adama məxsus şirkətdən toxum alan bütün fermerlər zərər düşüb. Onlar iddia edir ki, guya yaxşı sulanmayıb. Biz illərdir ki, əkin-biçinlə məşğuluq. Başqa fermerlərdə də eyni durumdur. Ortada dələduzluq faktı var. Biz Şəmkir Rayon Polis Şöbəsinə də müraciət etmişik”.

Əməkdaşımız “HH Group”un sahibi Hüseyn Hüseynovla danışıb.

Ancaq Hüseyn Hüseynov jurnalistin sualına cavab vermək əvəzinə “siz demoqoqiya ilə məşğul olursuz” deyərək, telefonun dəstəyini asıb.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini də işıqlandırmağa çalışacağıq. Araşdırmamız zamanı məlum olub ki, Hüseyn Hüseynov və Vaqif Hüseynov barəsində çoxsaylı narazılıqlar və şikayətlər var.

Görünür, özlərini cəzasızlıq mühitində hiss edən bu adamlar vətəndaşları narazı salmaqla məşğuldur.(gununsesi.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam