Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Əzizovun Ramiz Mehdiyevə hədiyyəsi...

Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb

Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun sərvətini də gündəmə gətirdi.

Yenixeber.org: 22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla var-dövlətə sahib olub.

Mehdiyevin fəaliyyəti dönəmində onu sərvət sahibi edən əsas adamlar isə rayon-şəhər icra hakimiyyətlərinin başçıları olub.

Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edənlər Mehdiyevə villalar, yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə edib.

Məlumata görə, Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.

Belə ki, Eldar Əzizov paytaxt meri gətiriləndən qısa zaman sonra Ramiz Mehdiyevlə isti münasibət qurmağı bacarıb.

Bu münasibət nəticəsində Eldar Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək Mehdiyevə hədiyyə edib.

Məsələ ilə bağlı əməkdaşımız Eldar Əzizovun özü ilə əlaqə saxlamağa çalışıb.

Lakin paytaxt meri telefon zənglərimizi cavabsız buraxıb.\\Gununsesi 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam