Azərbaycan bu ölkəyə ordu göndərir?
Qəzza zolağında gələcək sabitlik qüvvəsinə qoşun göndərə biləcək əsas namizədlər Azərbaycan, İndoneziya və Pakistandır.
Yenixeber.org: Bu barədə “Politiko” nəşri ABŞ müdafiə rəsmilərinə istinadla məlumat yayıb.
“Qəzza üçün nəzərdə tutulan sabitlik qüvvəsinin tərkibi ilə bağlı danışıqlar davam edir. Hazırda bu qüvvəyə qoşun göndərmək üçün İndoneziya, Azərbaycan və Pakistan əsas namizəd ölkələr hesab olunur.
ABŞ rəsmisi qeyd edib ki, hələlik heç bir ölkə rəsmi öhdəlik götürməyib və danışıqlar davam edir”, - məlumatda bildiriliub.