Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Hücumdan əvvəl nüvə obyektləri təxliyə edilib -FOTO

iran-hucumdan-evvel-nuve-obyektlerini-texliye-edib

Məlum olduğu kimi, ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə zərbə endirib. ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.

Yenixeber.org: İran dövlət televiziya şirkətinin rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin ABŞ-nin zərbə endirdiyi üç əsas nüvə obyektinin (Fordo, Natanz və İsfahan – red.) hücumdan əvvəl təxliyə etdiyini açıqlayıb. 

“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, - deyə Abedini vurğulayıb. 

İran parlamentinin sədrinin müşaviri Mehdi Məhəmmədi isə öz növbəsində qeyd edib ki, İran Fordo nüvə obyektinə hücumu gözləyib, buna görə də, obyekt əvvəldən təxliyə edilib. 

Bununla yanaşı, peyk kəşfiyyatı ilə məşğul olan “Maxar” şirkəti isə qeyd edib ki, ABŞ hücumlarından iki gün əvvəl Fordo zavodu yaxınlığında yük avtomobillərinin və nəqliyyat vasitələrinin qeyri-adi fəallığı müşahidə edilib. Vurğulanıb ki, bu da obyektdən yüksək zəənginləşdirilmiş uranın çıxarılmasından xəbər verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam